Bu küçədə hərəkət məhdudlaşdırılır

ÖLKƏ
10:43 / 08.09.2020
698

Bu gündən başlayaraq sentyabrın 18-nə qədər aparılacaq təmir işləri ilə əlaqədar Bakının Mirəli Qaşqay küçəsinin Süleyman Rəhimov və Şamil Əzizbəyov küçələri arasında yerləşən hissəsində hərəkət məhdudlaşdırılacaq.

HİT.Az bildirir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Məlumatda deyilir ki, sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.

Qurum yaranacaq müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyib. 

0