Hacı Nuran şəhid övladının kirvəsi olacaq - FOTO

ÖLKƏ
11:10 / 08.09.2020
1138

Aparıcı Hacı Nuran Hüseynov Tovuz döyüşlərində həlak olan şəhid Elşad Məmmədovun oğlu Məhəmmədin kirvəsi olacaq.

O, bu barədə özü məlumat verib:

“Yenidən mənə doğma olan bir evdəyəm - Tovuz rayonunun Ağdam kəndində. Bu ev məni öz əzizi kimi qarşıladı. Bu ailə məni ən yaxın adamı kimi salamladı. O körpə də sanki məni tanıyırmış kimi üzümə gülümsədi. Axı mən onun kirvəsi olacağam. Sanki 9 aylıq bu möcüzə də bu doğmalığı hiss edib. Elə bir məsuliyyət yükləndi ki, boynuma mən bəlkə də bundan sonra özümdən daha çox muğayat olmağa borclandım. Çünki bundan sonra bir körpəyə dayılıq, əmilik, doğmalaq etmək missiyası mənə həvalə olunmuşdu. Özü də şəhid balasına. Bəli, həyatımda heç vaxt gözləməyəcəyim bir təklif idi şəhid Elşad Dönməz oğlu Məmmədovun körpə oğlunun kirvəsi olmaq. Bəlkə beləcə şad edə bildim bir nakam atanın narahat ruhunu. Hər nədirsə, çox xoşbəxtəm”.

Qeyd edək ki, baş əsgər 1996-cı il təvəllüdlü Elşad Dönməz oğlu Məmmədov iyulun 12-də Ermənistanın təxribatı nəticəsində həlak olub.

 

0
Mediapost.az