Rayonlara gediş-gəliş açıldı - sərnişin daşınmasına cəhdlər oldu

ÖLKƏ
11:28 / 08.09.2020
742

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gediş-gəlişlə əlaqədar tətbiq olunmuş məhdudiyyətlər aradan qaldırılandan sonra hər iki istiqamətdə sərnişin daşınmasına cəhdlər olub.

Bunu Modern.az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib.

K.Əliyevin sözlərinə görə, rayonlardan şəhər istiqamətində hərəkətdə olan 9 avtobus Nəvai postundan saxlanılıb:

“4 avtobus isə Qaradağdan çıxmaq istəyərkən saxlanılıb. Hər bir sürücü barədə inzibati tənbeh tədbirləri görülüb”.

Şöbə rəisi qeyd edib ki, məhdudiyyətlər aradan qaldırılsa da, müxtəlif istəqmətlərdə sıxlıq müşahidə edilmir:

“Bütün istiqamətlərdə sərnişin axını aşağıdır, kütləvi gediş-gəliş müşahidə olunmur”.

0