ANS-dən Əli Həsənovla bağlı AÇIQLAMA

ÖLKƏ
14:33 / 08.09.2020
2633

“Gəlin əyri oturaq düz danışaq. Ə.Həsənov iddia edirdi ki, guya ANS terroruçulara kömək edir”

HİT.Az moderator.az-a iatinadən xəbər verir ki, bunu ANS Şirkətlər Qrupunun prezidentinin müşaviri Mais Məmmədov deyib. O, Əli Həsənovun telekanalı almaq istədiyini təsdiqləyib:

“Əlbəttə, Əli Həsənovun ANS-i almasından xəbərim var idi. Amma hər şeyi Sevda xanım yaxşı bilirdi, çünki o, baş direktor idi. Gəlin əyri oturaq düz danışaq, Ə.Həsənov iddia edirdi ki, guya ANS terroruçulara kömək edir. Belə şey ola bilərdimi, buna inanırsınız? Bizdən çox cəbhədə çəkiliş edən kanal olmayıb. Heydər Əliyev kimi böyük bir adam bizi həmişə tərifləyib və ANS yeganə telekanaldır ki, rəhbərlərini H.Əliyev yanına çağıraraq onlarla iki saat söhbət edib. Necə ola bilər ki, biz terrorçulara kömək edək? Ə.Həsənovun oğlu Xəzər TV-nin direktoru idi və istəyirdi ki, ANS-i də alıb bir yerdə öz işlərini həyata keçirsin”.

Qeyd edək ki, ANS televiziyasının rəhbərliyində təmsil olunmuş Sevda Həsənova 2016-cı ildə fəaliyyəti dayandırılan ANS kanalını Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovun almaq istədiyini bildirib.

0