\"Oğluna deyib ki, tüfəngi gətir...\" — Mikayıl məşhur gitara ifaçısının ÖLÜMÜNDƏN DANIŞDI

15:28 / 08.09.2020
1176

Tanınmış teleaparıcı Mikayıl Güləddinoğlu gitara ifaçısı Nofəl Süleymanovun ölümü barədə danışıb.

 O, "Ölkə.Az"ın əməkdaşıyla söhbətində bildirib ki, hadisə ehtiyatsızlıqdan baş verib:

"Bizim üçün çox ağır bir itki oldu, böyük qardaşım öldü. Hadisə 15 yaşlı oğlu Şövqinin ehtiyatsızlığından baş verib. Onlar bu gün bir yerdə rayona səfərə gedəcəkdilər. Nofəl eyvanda siqaret çəkən zaman, oğlundan öv tüfəngini gətirməsini xahiş edib. Şövqi tüfəngi atasına gətirən zaman, ehtiyatsızlıqdan əli tətiyə dəyib. Bu zaman açılan güllə nəticəsində Nöfəl dünyasını dəyişib. Hazırda meyit məhkəmə tibbi ekspertiza və pataloji anatomiya birliyinin morqundadır. Ağcabədidə dəfn olunacaq”. 

Qeyd edək ki, hadisə bu gün günorta saatlarında  məşhur musiqiçinin Nizami rayonundakı mənzilində baş verib. 

1