600-dən çox bal toplayanların sayı açıqlandı

ÖLKƏ
16:32 / 08.09.2020
756

"Builki imtahanlarda I qrupda 600 baldan yuxarı nəticə göstərənlər sayı 607 nəfər (keçən il 553) olub ki, bu da iştirakçıların 2,15%-ni təşkil edib. II qrupda 404 nəfər (keçən il 215), III qrupda 550 (keçən il 604), IV qrupda isə 353 nəfər (keçən il 378) olub”.

HİT.Az Report-a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

DİM sədrinin sözlərinə görə, bu il 100 baldan yuxarı nəticə göstərənlərin sayı 84% (keçən il 79%) təşkil edib: "16% isə 0-100 bal arası nəticə göstərib”.

M.Abbaszadə əlavə edib ki, bu il 12 nəfər abituriyent Azərbaycan bölməsi üzrə aşağı nəticə göstərib: "Hazırda onların nəticələri müzakirə olunur və apelyasiyaya təqdim ediləcək”.

0