DTX-nın həbs etdiyi rəisin Lənkərandakı şok yeyintisi (FOTO)

ÖLKƏ
11:21 / 19.05.2020
3530

Lənkəranın simvolu olan qədim tarixi abidə - Dairəvi qala təmirindən üç il sonra yenidən uçub-dağılıb. 

Hit.Az-ın xəbərinə görə, 1747-86-cı illərdə inşa olunan və vaxtilə türmə kimi istifadə edilmiş qala yenə məhv olmaq təhlükəsi ilə üzləşib.

Bu qala 1869-cu ilə kimi cənub zonasında baş verən müharibələrdə mühüm müdafiə və dayaq məntəqəsi rolunu oynayıb. Ərazinin rus qoşunları tərəfindən işğalından sonra ümumi qala divarları dağıdılıb və hərbi qala ləğv edilib. 

Dairəvi qaladan isə həbsxana kimi istifadə edilməyə başlanılıb. Deyilənlərə görə, dustaqlar buraya Zindan ilə Mayak arasında olan gizli yeraltı yol ilə gətirilirlərmiş. Bu da qalaya gətirilənlərin məxfiliyini təmin edirmiş.

2006-cı ildə əsaslı təmir edilən qala 3 il sonra bərbad vəziyyətə düşüb.  Bir müddət əvvəl Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti açıqlama yaymışdı ki, təmir-bərpa işlərinə 2019-cu ildə başlanılması nəzərdə tutulur. 

Amma 2020-ci ildir və qala uçulub-tökülmüş, qəzalı vəziyyətdədir. Qalanın təmirinə cəmi 1000 manat xərcləndiyi bildirilir. Nəticəsi göz qabağındadır. 

Qeyd edək ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti rəisi Zakir Sultanov rüşvət ittihamı ilə həbs edilib. O, Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyatla saxlanılıb. 

Aslan
Hit.Az

0