Bu şəxslərə 480 manat müavinət veriləcək

ÖLKƏ
18:00 / 09.09.2020
3180

Azərbaycanda 0-18 yaş arası sağlamlıq imkanları məhdud uşağı övladlığa götürən şəxslərə nə qədər müavinətin veriləcəyi məlum olub.

HİT.Az-ın xəbərinə görə, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Musa Quliyev bildirib ki, bu kateqoriyadan olan uşaqları övladlığa götürən şəxslərə 480 manat müavinət veriləcək.

Valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 3-18 yaş arası uşağı övladlığa götürən şəxslərə isə 160 manat müavinət veriləcək.

1