Əməkdar artist Zaur Əmiraslanov “MTV Azərbaycan”da yayımlanan “10-da görüşək” proqramında qonaq olub.
“MediaPost” xəbər verir ki, sənətçi veriliş zamanı Heydər Əliyev Sarayı ilə bağlı dediyi sözlərə görə diqqət çəkib. O bildirib ki, sarayın icarəsi çox bahadır:
“Heydər Əliyev Sarayının icarəsi bahadır. Baxmayaraq ki, Əməkdar artistəm, 30 min manat icarə puludur. Akademik ifaçıyam, o pulu çıxara bilməyəcəm. Artıq həvəsim də yoxdur ki, solo konsert verim. Konsertlərin önəmi, mənası yoxdur. Məni bu vəziyyətə çatdırdılar”.