Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına bölgələr üzrə yoluxma göstəriciləri açıqlanıb.
Lent.az məlumat verir ki, ölkəmizdə koronavirusa yoluxma hallarının 56,2 faizi paytaxtın payına düşür.
Bundan əlavə, həmin göstərici Abşeron rayonunda 15,6, Aran rayonlarında 10,3, Gəncə-Qazax bölgəsində 6,4, Lənkəranda 4,3, Quba-Xaçmazda 2, Şəki-Zaqatalada 1,7, Dağlıq Şirvanda 1,6, Yuxarı Qarabağda 1, Naxçıvan Muxtar Respublikasında 0,04 faiz təşkil edir.
Ölkə xaricindən idxal olunma halı 0,7 faizdir.