Bu gün sosial şəbəkələrdə Bakı şəhəri, Xətai prospekti 39 ünvanında yolun kənarında asfalt örtükdə çökmənin baş verməsi ilə bağlı məlumat yayılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Lent.az -a bildirilib ki, dərhal bu barədə aidiyyəti şöbəyə məlumat verilib və sözügedən ünvana məsələnin araşdırılması üçün əməkdaşlar cəlb edilib:
"Məlum olub ki, həmin ərazidə səki ilə hərəkət hissə arasında kommunikasiya xəttinə aid quyu var və quyunun baxış qapağı oturan beton hissəsi dağılıb. Nəticədə kiçik bir ərazidə asfalt örtüyün çökməsi qeydə alınıb.
Agentlik olaraq kommunikasiya xətlərinə cavabdehlik daşımasaq da, vətəndaşların təhlükəsizliyi üçün problem tərəfimizdən qısa müddətdə aradan qaldırılıb".