Bu rayonlar arasında sərnişindaşıma bərpa edilə bilər - RƏSMİ

ÖLKƏ
20:05 / 10.05.2020
1312

"Artıq icazə qadağasının götürüldüyü, kafe və restoranların açıldığı və gediş-gəlişə icazə verilən rayonlar arasında sərnişindaşıma bərpa edilə bilər".

Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib. Sədr qeyd edib ki, ölkədə elan edilən xüsusi karantin rejmindən mərhələli çəkildə çımaq lazımdır:

"Sarı zonada yerləşən rayonlar arası ictimai nəqliyyat, sərnişindaşımanın təşkili ola bilsin ki, önümüzdəki həftələrdə bərpa edilsin. Bütün hallarda biz karantin rejimindən mərhələli şəkildə çıxacağıq”.

0
Oxu.az