Abşeron rayonunda oğurluq hadisəsi baş verib.
HİT.AZ xəbər verir ki, rayon ərazisində çoxsaylı mənzildən oğurluq etməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, 1984-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Rafiq Allahyarov polislər əməkdaşları tərəfindən saxlanılaraq, Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinə aparılıb.
Polis Bölməsinin inzibati binasında R.Allahyarov pəncərədən həyətə düşərək qaçıb.
Hazırda bölmədən qaçan şəxsin axtarışları davam etdirilir.