Yeni xəstəliklər gəldi: onları koronadan necə ayıraq? - Professor

19:49 / 10.09.2020
904

Payızda havanın soyuması, hava çirkliliyinin artması yoluxucu xəstəliklərin sayını artırır. Bu səbəbdən COVİD-19-la bunu diferensiasiya etmək zərurəti yaranır. İnsanda yüksək temperatur koronavirusdan qaynaqlanmaya da bilər.

Bu sözləri professor Adil Qeybulla hərarətin yüksəlməsinin koronavirusun əlaməti olub-olmaması haqda danışarkən deyib.

Onun sözlərinə görə, qızdırma 37.5-dən yuxarı qalxırsa, mütləq təcili yardıma müraciət olunmalıdır:

“COVİD-19 və soyuqdəymə xəstəliklərinin fərqi ondan ibarətdir ki, birində yuxarı tənəffüs yollarının katarı olur, digərində olmur. Burun axması, burun dolması, asqırma, bəlğəmin gəlməsi isə soyuqdəymənin əlamətləridir. Koronavirus xəstəliyində bu əlamətlər yoxdur. Koronavirus zamanı boğaz ağrısı, ümumi halsızlıq, yorğunluq, qızdırma, əzələ və bel ağrıları halları daha çox olur. Əgər qızdırma qalxırsa, adi vasitələrlə enmirsə, təbii ki, bu zaman xəstə ya təcili tibbi yardıma, ya da sahə həkiminə müraciət etməlidir.

Hərarəti qalxan insan açıq havaya çıxdıqda mütləq maska taxmalıdır. Söhbət təkcə COVİD-19-dan getmir. Hər iki vəziyyətdə respirator infeksiyalarını yoluxdurma riski var”.

2
Axar.az