Azərbaycanlı vəkil Rusiyada ittiham olunur – Sirri yayıb

19:11 / 10.09.2020
1043

Aktyor Mixail Yefremovun vəkili Elman Paşayev Peşə Etikası Kodeksinin bir neçə maddəsini pozub, həmçinin, vəkil sirrini açıqlayıb.

Bu barədə Rusiya Federal Vəkillər Palatasının stats-katibi Konstantin Dobrınin açıqlama ilə çıxış edib.

O bildirib ki, palata E.Paşayevin M.Yefremovu müdafiə etmək üçün etdiyi hərəkətlərdə professional fəaliyyət əvəzinə vəkil peşəsinin zədələnməsini, xüsusən, vəkil sirlərinin açıqlanması əlamətlərini, “müdafiə edin, günahlandırmayın” prinsipinin pozulduğunu müşahidə edib.

Dobrınin hesab edir ki, əvvəllər üç dəfə vəkil statusundan məhrum edilmiş Paşayev məhkəmə iclasını “iyrənc tamaşa” halına gətirib.

Sentyabrın 8-də Moskvanın Presnenski rayon məhkəməsi Yefremovu kuryer Sergey Zaxarovun qəzada ölümündə günahkar hesab edib və cəzasını ümumi rejimli koloniyada çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edib.

Aktyor məhkəmə iclas zalında nəzarətə altına alınıb.

1
Teleqraf.com