Son zamanlar dünya üzrə koronavirusa yoluxmanın artması peyvənd məsələsini daha da aktuallaşdırıb.
Rusiyada avqustun 11-də qeydə alınan peyvənd artıq ictimai dövriyyəyə buraxılıb və yaxın zamanda tibb işçiləri, müəllimlər peyvənd olunacaq.
Ancaq tanınmış virusoloq Vladislav Jemçuqov peyvəndə müsbət reaksiya verməyəcək xəstəliklərin olduğunu deyib.
Jemçuqov onkoloji xəstəliklər zamanı immundepresiv preparat qəbul edən şəxslərin orqanizminin koronavirusa qarşı peyvəndə müsbət reaksiya göstərməyəcəyini bildirib.
Onu da qeyd edib ki, peyvənd barədə son qərarı həmin xəstələrin həkimləri verməlidir.
Bundan başqa, qan xəstlikləri, iltihab, eləcə də qırmızı qurd xəstəliyi onlara peyvənd məsləhət görülmür.
Cebhe.info