Moskvadan Bakıya bilet satışı növbəlik qaydasında olacaq

ÖLKƏ
15:13 / 11.09.2020
710

Bu gündən etibarən “Azərbaycan Hava Yolları” QSC Azərbaycan vətəndaşlarının ölkəyə qaytarılması üçün Moskva-Bakı marşrutu üzrə aviabilet əldə olunduğu zaman onlayn növbə sisteminin tətbiqinə başlayır.

AZAL-dan HİT.Az-a verilən məlumata görə, pandemiya dövründə reyslərə olan yüksək tələbatı, reyslərin məhdud sayda olmasını və qeyri-müntəzəmliyini nəzərə alaraq, qeyd olunan istiqamətdə bilet satışı növbəlik qaydasında həyata keçiriləcək.

Moskva-Bakı reysinə növbəyə yazılmaq “WhatsApp” messenceri vasitəsilə yazılı şəkildə və ya aşağıdakı keçidlərdən istifadə etməklə müraciət etmək olar.

//help.azal.az/hc/az/requests/new?ticket_form_id=360000946120

WhatsApp: +7 916 901 23 80

Sərnişinlər müraciət etdikləri zaman xarici pasportlarının skan edilmiş surətlərini və əlaqə nömrələrini göndərməlidirlər.

Aviaşirkət onlayn forma və WhatsApp vasitəsilə eyni vaxtda müraciət etməməyinizi xahiş edir. Bu yalnız onlayn növbələrin artmasına və çağrı mərkəzinin əməkdaşları tərəfindən müraciətlərin gec cavablandırılmasına səbəb olacaq.

Eyni zamanda sərnişinlərin diqqətinə çatdırılır ki, qeyd olunan istiqamət üzrə aviabiletlərlə bağlı aviaşirkətin çağrı mərkəzinə zənglər vasitəsilə edilən müraciətlər qəbul olunmur.

Qeyd edək ki, Moskvaya reyslərin həyata keçirilməsi cədvəli hazırda Rusiya ərazisinə yeni koronavirus infeksiyasının gətirilməsinin və yayılmasının qarşısının alınması üzrə Operativ Qərargah tərəfindən müəyyən edilir. Aviaşirkətin çağrı mərkəzinə müraciət edən sərnişinlərə aviabilet dəyərinin ödənilməsi üçün müvafiq keçidlər və reys haqqında daha ətraflı məlumat növbəlik qaydasında göndəriləcək.

Rusiyada koronavirus testindən keçmək üçün ölkənin Səhiyyə Nazirliyi tərəfindən tövsiyə olunan aşağıdakı tibb müəssisələrinə müraciət edə bilərsiniz:

- Səhiyyə Nazirliyinin “Profilaktik tibbi terapiya milli tibbi tədqiqat mərkəzi” FDBİ;

- Səhiyyə Nazirliyinin “Ftiziopulmonologiya və yoluxucu xəstəliklər milli tibbi tədqiqat mərkəzi” FDBİ;

- “İstehlakçı hüquqlarının və insanların rifahının müdafiəsinə nəzarət üzrə federal xidmətin (Rospotrebnadzor) Mərkəzi Epidemiologiya ETİ” FBEİ;

- Rusiya Elmlər Akademiyasının “İ.İ.Meçnikov adına vaksin və zərdablar ETİ” FDBEİ;

- Rusiya Elmlər Akademiyasının “Mərkəzi vərəm elmi-tədqiqat institutu” FDBEİ;

- “Təbabət” (“Medisina”) SC;

- “İNVİTRO müstəqil laboratoriyası” MMC;

- Kliniki farmakologiya və farmasiya milli agentliyi” MMC;

- “Laborator-diaqnostika mərkəzi” MMC;

- “Sitilab kliniki laborator diaqnostika elmi-tibbi mərkəzi” MMC.

Testin nəticəsi uçuşdan əvvəl 48 saat ərzində alınmalıdır.

Azərbaycan Nazirlər Kabinetinin qərarına əsasən, həmin reyslərlə Bakıya gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid rejimində olmalıdırlar.

Uçuş zamanı pandemiya dövründə xüsusi daşıma qaydaları tətbiq ediləcək. Həmin qaydalarla bağlı video ilə burada tanış ola bilərsiniz:  //youtu.be/-s-0s4o1L2M

0