Deputatlar yenə toplanır: Üç məsələ müzakirə olunacaq

ÖLKƏ
12:50 / 12.09.2020
731

İyulun 14-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclası keçiriləcək.

Məlumata görə, iclasın gündəliyinə üç məsələ daxil edilib.

Deputatlar komitənin 2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində gördüyü işlər barədə hesabatı və 2020-ci ilin payız sessiyası üçün nəzərdə tutulan iş planının layihəsi barədə müzakirə aparacaqlar.

Həmçinin “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əqli mülkiyyət obyektlərinə hüquqların qorunması sahəsində gömrük orqanlarının qarşılıqlı fəaliyyəti haqqında” sazişin təsdiqlənməsi barədə qanun layihəsini müzakirəyə çıxaracaqlar.

Daha sonra isə cari məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

0
Milletinsesi.info