Onları dörd-beş ulduzlu otellərdə saxlayırıq - Prezident karantindəki xəstələrdən danışdı

ÖLKƏ
17:12 / 19.05.2020
1083
“Karantin şəraiti çox gözəldir və mən karantində qalanlardan da çoxsaylı məktublar alıram, onları dörd-beş ulduzlu otellərdə saxlayırıq”.
 
HİT.Az xəbər verir ki, Prezident İlham Əliyev bunu yeni DOST mərkəzinin açılışı zamanı Azərbaycan Televiziyasına müsahibəsində deyib.
 
Dövlət başçısı qeyd edib ki, Azərbaycan da indi tibbi maska, kombinezon, dezinfeksiya vasitələri istehsalına başlayıb: “Ona görə bu kompleks tədbirlər əlbəttə ki, bizi böyük bəladan qoruya bildi. İndiki şəraitdə ki, artıq yumşalma prosesi gedir, əsas amil vətəndaşların məsuliyyəti olacaq. Mən bir daha demək istəyirəm ki, vətəndaşlar bu məsuliyyəti dərk etsinlər. Pandemiya başa çatmayıb, virus qeyb olmayıb, bu virus dolaşacaq. Ona görə hər kəs özünü, öz yaxınlarını qorumalıdır, öz məsuliyyətini hiss etməlidir və nizam-intizama da əməl etməlidir.
1