Azərbaycan dövlətinin “İnterpol” xətti ilə beynəlxalq axtarışa verərək tutduğu şəxs hakim qarşısına çıxarılır.
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham edilən Azər Hüseynovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hakim Rasim Sadixovun sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında, təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Azər Hüseynov Almaniyada bu ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulub.
Onun Azərbaycana ekstradisiya ediləcəyi gözlənilir.
A.Hüseynov Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 310-cu (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə “İnterpol” xətti ilə beynəlxalq axtarışa verilmişdi.
Musavat.com