Şadlıq evlərində növbə var - Toylar başlayır?

ÖLKƏ
09:22 / 15.09.2020
1217

Məhərrəmlikdən sonra toyların təşkilinə icazə veriləcəyi ilə bağlı yayılan xəbərlər vətəndaşlarda əməlli-başlı ümid yaradıb. Son günlər şadlıq evlərinə edilən zənglərin sayı və toy etmək üçün oktyabr və noyabr aylarına yazılan növbələr xeyli artıb.

HİT.Az "Xəzərxəbər"ə istinadən xəbər verir ki, bəzi şadlıq evlərinin administratorları deyirlər ki, qiymət artımı da istisna olunmur. Amma artımın yüksək olmayacağı da bildirilir.

Mütəxəssislər hesab edirlər ki, əgər toylara icazə verilərsə, şadlıq evləri qiymət siyasətini düzgün qurmalıdırlar və bütün hallarda qiymət artımına imkan verməməlidirlər.

Ekspert hesab edir ki, əgər şadlıq saraylarında qonaqların sayına məhdudiyyət tətbiq edilsə, bu, qiymətlərə müəyyən qədər təsir edə bilər.

Ekspertin fikirincə, şadlıq evlərinin sayı kifayət qədərdir. Qiymət siyasətini düzgün qurmayan şadlıq evi icazədən sonra müştəri itkisi ilə üzləşə bilər.

2