Daxili İşlər Nazirliyinə məxsus avtomobillər satışa çıxarılır: 1200 manatdan başlayaraq

ÖLKƏ
11:50 / 15.09.2020
1672
Oktyabrın 13-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti növbəti dəfə hərrac təşkil edəcək.
 
Hərraca 14 nəqliyyat vasitəsi çıxarılıb. Həmin nəqliyyat vasitəslərinin tam siyahısı ilə burada tanış ola bilərsiniz:
 
13 oktyabr 2020-ci il tarixində hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təşkil edilən hərraclarda hər kəsin sərbəst iştirakı təmin edilir. İştirak etmək istəyən şəxslərin seçdikləri dövlət əmlakı üzrə elektron sifariş verməklə yanaşı, hərraclara onlayn qoşulmaq imkanı da yaradılıb. Prosesə marağı olanlar hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də elektron resurslardan istifadə etməklə hərracları qeydiyyatsız formada izləyə də bilərlər.
 
Qeyd edək ki, keçirilən hərraclarda iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytına (emlak.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i məbləğində behi ödəyib sifarişçi statusu ala bilərlər. Hərrac günü hər kəs Elektron Xidmətlər Portalından (e-emdk.gov.az) “Elektron hərrac” bölməsini seçərək onlayn özəlləşdirməyə qoşula bilər.
0
Mediapost.az