Çavuşoğludan Bakının işğaldan azad olunması ilə bağlı paylaşım

ÖLKƏ
12:28 / 15.09.2020
735

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu öz tvitter hesabında Bakının işğaldan azad olunmasının 102 illiyi ilə bağlı paylaşım edib.

“Qafqazinfo” xəbər verir ki, XİN rəhbəri paylaşımda həmin dövrə aid tarixi kadrları və bu yaxınlarda Türkiyə-Azərbaycan birgə hərbi təlimindən görüntüləri əks etdirən video yerləşdirərək yazıb:

“Nuri Paşanın komandanlığı altında Qafqaz İslam Ordusu tərəfindən Bakının azad edilməsinin 102-ci ildönümündə müqəddəs şəhidlərimizi mərhəmətlə anıram. Eyni ruh və inancla bu gün Azərbaycanla çiyin-çiyinə bir ürəyik. Odlar yurduna salamlar!”

0