Azərbaycan Bilyard İdman Federasiyasında kadr dəyişiklikləri aparılıb.
Unikal.org-un əldə etdiyi məlumata görə, pandemiya ilə əlaqədar olaraq federasiyada müəyyən sıxıntılar yaşanıb.
Bu səbəbdən qurumun rəhbəri Emil Tağıyev federasiyanın I vitse-prezident Kənan Məmmədov və vitse-prezident İlham Aslanovla rəsmən vidalaşmalı olub.
Əldə etdiyimiz digər məlumata görə, federasiyaya yeni adminstrator Azər Mamayev və vitse-prezident Fərid adlı şəxs təyin olunub.
Məlumatı 2 gündür qruma administrator təyin olunan Azər Mamayev Unikal.org-a təsdiqləyib.
Qeyd edək ki, Azərbaycan Bilyard İdman Federasiyasının rəhbəri Emil Tağıyev Milli Məclisin, komitələrin və komissiyaların işinin təşkili şöbəsinin müdir müavinidir.