Azərbaycanda İpəkqurdu toxumu zavodu tikilir – Nazirlik 30 minlik müqavilə imzalayıb

ÖLKƏ
17:25 / 15.09.2020
691

Azərbaycanda İpəkqurdu toxumu (qren) istehsalı zavodu tikilir. 

HİT.Az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi (KTN) artıq layihləndirmə işinə başlayıb. Bu məqsədlə KTN-lə “Storm Building” MMC arasında maliyyə dəyəri 29 845 AZN olan müqavilə imzalanıb. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən “Storm Building” MMC  2016-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 AZN olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri Suraxanı rayonu, AB yaşayış sahəsi (Yeni Günəşli qəsəbəsi), ev 135, mənzil 18-də yerləşir. Şirkətin qanuni təmsilçisi Əsgərov Anar Cahangir oğludur. 

Məlumat üçün bildirək ki, son illərdə Azərbaycanda baramaçılığın inkişafına xüsusi diqqət yetirilir. Lakin qren zavodunun inşası ilk olacaq. Ekspertlərin sözlərinə görə, zavodun inşası bu sahənin inkişafını daha da sürətləndirəcək.

0