Güclü külək Zaqatalada fəsadlar törətdi

ÖLKƏ
09:36 / 16.09.2020
771

Zaqatalada güclü külək bir sıra fəsadlar törədib.

HİT.Az-ın APA-ya istinadən məlumatına görə, sentyabrın 15-də axşam saat 21:00 radələrindən başlayaraq Zaqatala rayonunda qeyri-sabit hava şəraiti hökm sürüb.

Bu cür hava şəraiti sentyabrın 16-da saat 01:00 radələrinə kimi davam edib və daha çox rayonun Muğanlı, Faldar, Qandax, Mosul Yengiyan və Kəpənəkşi kəndlərinin yerləşdiyi ərazilərdə büruzə verib. Qeyd edilən kəndlərin yerləşdiyi ərazidə güclü küləklə müşahidə edilən leysan yağış yağıb, bəzi ərazilərə isə dolu düşüb. Güclü külək nəticəsində bir çox ərazilərdə iri gövdəli ağaclar yıxılıb, elektrik naqilləri, telefon xətləri qırılıb.

Güclü külək nəticəsində bir sıra evlərin və mal tövlələrinin dam örtüyü dağılıb. Sentyabrın 15-də axşam saatlarından adları çəkilən kəndlərə elektrik enerjisinin verilməsində fasilə yaranıb. Gecə saatlarından rayon Fövqəladə Hallar Komissiyasının sədri Tofiq Əhmədov və müvafiq qurumların nümayəndələri əraziyə baxış keçirib, dəymiş ziyanın aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib.

0