Bakının rayonları arasında koronavirusa yoluxmaların sayında “lider” dəyişməyib.
HİT.Az koronavirusinfo.az-a istinadən xəbər verir ki, yoluxmaların sayına görə Binəqədi rayonu hələ də ilk sıradadır. Paytaxtdakı ümumi yoluxma halların 14,3%-i bu rayonun payına düşür.
Tam siyahı aşağıdakı kimidir:
– Yasamal rayonu (11,8%);
– Sabunçu rayonu (11,6%);
– Nəsimi rayonu (8,9%);
– Nərimanov rayonu (8,4%);
– Suraxanı rayonu (8.0%);
– Qaradağ bölgəsi (7,6%);
– Nizami rayonu (7,1%);
– Xəzər rayonu (5,0%);
– Səbail rayonu (4,7%);
– Pirallahı rayonu (0,3%).