Goranboy RİH-də YENİ TƏYİNAT

ÖLKƏ
14:10 / 16.09.2020
943

Goranboy rayon İcra Hakimiyyətində yeni təyinatlar olub.

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin əmri ilə Yasin Şəmsəddin oğlu Məmmədov Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Bundan başqa, Şaiq Akif oğlu Qənbərli Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini vəzifəsinə gətirilib. 

Qeyd edək ki, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri keçmiş müdiri Sayad Quliyev vəzifəsindən təqaüd yaşına çatdığı üçün azad edilib. 

0
“Qafqazinfo”