Çadırda gecələyən məcburi köçkünlər - VİDEO

ÖLKƏ
20:41 / 16.09.2020
926

Sabunçu rayonu Pirşağı qəsəbəsində məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı “Qızılqum” sanatoriyasının binası qəzalı vəziyyətə düşüb. Sanatoriyanın beşmərtəbəli binasında yaşayan sakinlər bu gecə evsiz qalıblar.

Baku Tv xəbər verir ki, onlar artıq bu binada yaşamağa ehtiyat edirlər və əlaqədar qurumlardan yardım istəyirlər.

Qeyd edək ki, sakinlər binanın qəzalı vəziyyətə düşməsinin səbəbini, yaxın ərazidə aparılan qazıntı işlərində görür.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sözçüsü İbrahim Mirzəyev narahatlığa lüzum görmür. Binada yaşayan 115 ailəyə dövlət vəsaiti hesabına kirayə mənzillərə çıxmaq təklif edilib. Həmin ailələrin Sabunçu rayonunda gələn ilin əvvəlində istifadəyə veriləcək məcburi köçkünlər üçün yeni yaşayış kompleksinə köçürülməsi nəzərdə tutulub. Əlavə edək ki, məsələ ölkə rəhbərliyinin xüsusi diqqətindədir.

0
Oxu.az