Füzuli rayonundan olan Aprel şəhidlərinin övladları himayəyə götürülüb.
HİT.Az xəbər verir ki, bu haqda məlumatı Milli Məclisin deputatı Vüqar Bayramov paylaşıb.
O bildirib ki, Aprel şəhidlərinin övladlarının himayəyə götürülməsi ilə bağlı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına müraciətimiz müsbət cavablandırılıb:
“Belə ki, 2016-cı il Aprel döyüşlərində şəhid olan, Füzuli rayonundan məcburi köçkün ailələrinin övladları 18 yaşına çatanadək Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən himayə olunacaqlar. Füzuli rayonundan olan Aprel şəhidlərinin övladlarının hər birinə aylıq maliyyə yardımı ediləcək. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına müraciətimizi müsbət cavablandırdığına, Şəhidlərimizin ailələrinə göstərdiyi yüksək diqqət və qayğıya görə təşəkkürümü bildirirəm”.