Tofiq Yaqubluya qan köçürülür

16:35 / 16.09.2020
738

“İndilərdə Tofiq Yaqubluya qan köçürülür”.

HİT.Az xəbər verir ki, bu barədə onun qızı Nigar Həzi bildirib.

Tofiq Yaqublu “City Hospital”da müalicə olunur. Qızı atasının vəziyyətinin ağır olduğunu deyib:

"Vəziyyəti çox pisdir. Dəhşətli dərəcədə halsızdır. Köməksiz ayağa dura bilmir, gözü cox pis görür, artıq eynək belə kömək etmir.
Bu gün qan analizi götürülüb, nəticəsi çox pis çıxıb. Təcili qan köçürülməsinin zəruriliyi yaranıb. Həkim qeyd etdi ki, həyatı üçün ciddi təhlükə var. Hər an komaya düşə bilər və biz Tofiq Yaqublunu itirə bilərik".

"Nizami Rayon Məhkəməsidən verilən məlumata görə Tofiq Yaqublunun apellyasiya şikayəti sabah göndəriləcək.
Ümid edirəm Apellyasiya məhkəməsini Tofiq Yaqublunun öldüyü günə təyin etməzlər",-N.Həzi əlavə edib.

Xatırladaq ki, Nizami Rayon Məhkəməsi Müsavar Partiyasının üzvü, Qarabağ qazisi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və yanında olan həyat yoldaşını təhqir edib, sürücüyə vintaçanla xəsarət yetirib.

T.Yaqublu ittihamları qəbul etmədiyini bildirir. O, hökmə etiraz əlaməti olaraq 15 gündür aclıq aksiyası keçirir.

Aclıqla əlaqədar səhhəti ağırılaşan T.Yaqublu 3 saylı İstintaq Təcridxanasından “City Hospital”a köçürülüb.

0