Ağstafa Rayon rayon təhsil şöbəsinin müdiri Kamran Abbasov işdən çıxarılıb.
Yeniavaz.com-un əldə etdiyi məlumata görə bununla bağlı Təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.
Onun yerinə hələlik heç bir təyinat olmayıb.
Qeyd edək ki, Kamran Abbasov 3 fevral 2017-ci ildə Ağstafa Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdi.