Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Heydər Atayevin idarə etdiyi və Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun sərnişini olduğu 99-RJ-991 dövlət nömrə nişanlı “Lexus” markalı avtomobil Bakının İstiqlaliyət küçəsində “Yol hərəkəti haqqında“ Azərbaycan Respublikasının Qanununun tələblərini kobud şəkildə pozub.
Hit.Az xəbər verir ki, oxuculardan birinin editor.az-a göndərdiyi məlumatda qeyd edib ki, 19 may saat 22.00 radələrində icra başçısı və komitə əməkdaşı öz avtomobilləri ilə qanunun dayanma-durma qaydasını pozaraq, avtomobili öncə uzun müddət piyada keçidinin üzərində, daha sonra "qadağandır" nişanının təsir dairəsində saxlayıb.
Buna səbəb isə icra başçısı və komitə əməkdaşının yaxınlıqdakı kafeden kofe içmək istəyi olub.