Bayramda məhdudiyyətin qoyulması haqqında AÇIQLAMA

09:16 / 20.05.2020
1025

"Türkiyənin bununla bağlı təcrübəsi var. Şənbə, bazar və bayram günlərində bəzi məhdudiyyətlər tətbiq olunur".

Bunu TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev bayram günlərində tətbiq oluna biləcək məhdudiyyətlətlə bağlı danışarkən deyib.

İctimai Televiziyada qonaq olan qurum rəsmisi Azərbaycanda da belə məhdudiyyətin tətbiq oluna biləcəyini istisna etməyib:

"Çünki insanlar kütləvi olaraq toplaşırlar. Türkiyədə yoluxamanın sayının azaldılması məqsədi ilə bəzi məhdudiyyətlər qoyulur. Bu, bizdə də gündəmdədir. Çox güman bayramdan öncə bu məsələyə aydınlıq gələcək".

0
Qafqazinfo.az