“Milli Məclisdə işə qəbulla bağlı şəffaf prosedurlar hazırlanıb”.
Bu barədə İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bugünkü komitə iclasında məlumat verib.
O qeyd edib ki, artıq Milli Məclisdə qəyyumluq əsasında kiminsə işə düzəlməməsi üçün əsaslar yaranıb: “Bu barədə artıq əsasnamə qəbul edilib. Milli Məclis özü nümunə olmalıdır ki, hakimiyyətin digər qollarından nəsə tələb edəndə çəkisini qoruya bilsin”.
qafqazinfo.az