Həbsdə olan Yefremov Elman Paşayevdən danışdı

ÖLKƏ
14:51 / 17.09.2020
900

Bu ilin iyununda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədərək 8 il həbs cəzası alan Rusiyanın Əməkdar artisti, aktyor Mixail Yefremov açıqlama verib.

O, son hadisələr barədə Rusiyanın RT xəbər kanalına danışıb. Telekanal əməkdaşları Yefremovdan ən çox nəyə görə peşman olduğunu və keçmiş vəkili Elman Paşayev haqqında nə düşündüyünü soruşublar.

O, yazdığı məktubla suallara cavab verib: “Nə oldusa, oldu! Deməli, qismət belə imiş. Həmin gün saat 13:00-dan sonra heç nə xatırlamıram. Yəni, az içmək lazımdır. Elmana gəldikdə isə o, sadəcə başa düşmürdü ki, bu, rezonans yaradacaq bir məsələdir. Bəlkə də, əksinə, çox yaxşı başa düşürdü. Təəssüf ki, heç nəyi və heç kimi geri qaytarmaq mümkün deyil. Bu, əlbəttə ki, dəhşətdir. 

Qeyd edək ki, 14 sentyabrda aktyor azərbaycanlı vəkili Elman Paşayevlə iş birliyinə son qoyub. Sənətçi 8 il həbs cəzası aldıqdan sonra müdafiəçi ilə işinə davam etmək istəmədiyini bildirib.

0
qafqazinfo.az