“Fəxri adların verilməsində bəzi şəxslərin sui-istifadə halları olub”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimov deyib.
O bildirib ki, bu sahədə yeniliklər olacaq: “Çünki fəxri adların verilməməsinə görə, bəzi şəxslərin mədəniyyət nazirliyinə, hətta dövlətə inamı azalıb. Bu sahədə dəqiq və əvvəlcədən müəyyən edilmiş bir neçə meyar, bu prosesdə qərarverici gizli qurum olacaq. Qərarın gizli olması təklif edilir. Çünki belə olan halda sui-istiufadənin qarşısı alınacaq. Fəxri adlar alan insanlar xalq qarşısında öhdəliklər götürməlidirlər. Sovet vaxtında fəxri ad alan şəxslər dövləti tərifləyirdilər. Ancaq biz istərdik onlar xalq qarşısında öhdəlik götürsünlər. Cəmiyyəti həmrəyliyə səsləsinlər”.