İki dövlət qurumu arasında məhkəmə çəkişməsi başlayıb

ÖLKƏ
18:48 / 18.09.2020
815

Azərbaycanda iki dövlət qurumu arasında məhkəmə çəkişməsi başlayıb.

Yeniavaz.com xəbər verir ki, “Azərsu” Açıq Səhimdar Cəmiyyəti (ASC) “Azərbaycan Dəmir Yolları” Qapalı Səhimdar Cəmiyyətini (QSC) məhkəməyə verib.

Bakı Kommersiya Məhkəməsində baxılan məhkəmə işində “Azərsu” ASC iddiaçı, “Azərbaycan Dəmir Yolları” QSC isə cavabdeh qismində iştirak edir.

Hakim Səbinə Nuriyevanın sədrliyi ilə ilk iclas (hazırlıq) 27.08.2020-ci il tarixində, ikinci 14.09.2020-ci il tarixində keçirilib. Növbəti iclas 12.11.2020-ci il tarixində baş tutacaq.

 

0