Karantində açıq havada toy etmək olarmı? - Rəsmi açıqlama

ÖLKƏ
10:24 / 20.05.2020
1823
"Toylarda çox insan olur. Buna görə də, hələlik, bu, gündəmimizdə deyil. Toylarda insanların yaxın təmas etdiyini nəzərə alsaq, yoluxma halı daha da arta bilər".

HİT.Az-ın xəbərinə görə, bu barədə TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev danışıb. 
 
Onun sözlərinə görə, açıq havada, daha az adamın iştirakı ilə toyların keçirilməsi müzakirə oluna bilər:

"Açıq havada, ara məsafəsi saxlamaq və daha az adamın iştirakı ilə toyların keçirilməsi müzakirə oluna bilər. Amma düşünmürəm ki, Azərbaycanda toylar 30-40 nəfərdən ibarət olsun. 300-400 nəfərin bir araya toplaşması isə yaxın günlərdə müzakirə mövzusu deyil."
2