Vasif Talıbov Sevda Novruzovanı təltif etdi - SƏRƏNCAM

ÖLKƏ
17:05 / 18.09.2020
898

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sentyabrın 18-də Sevda Novruzovaya “Əməkdar dövlət qulluqçusu”  fəxri adının verilməsi haqqında  Sərəncam imzalayıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:

“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin  II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:

Naxçıvan Muxtar Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Sevda Hüseyn qızı Novruzovaya “Əməkdar dövlət qulluqçusu” fəxri adı verilsin”.

Qeyd edək ki, Sevda Novruzova Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetində sektor müdiri vəzifəsində çalışır.

0