Siyavuş Novruzov Milli Məclisdə hesabat verdi

ÖLKƏ
16:38 / 18.09.2020
1048

Milli Məclisin Regional məsələlər komitəsinin payız sessiyasının ilk iclası keçirilib.

HİT.Az xəbər verir ki,komitə sədri Siyavuş Novruzovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyinə 2 məsələ daxil edilib.

Bunlar aşağıdakılardır:

1. Regional məsələlər  komitəsində 2020-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə görülən işlər barədə hesabat.

2. Regional məsələlər komitəsinin 2020-ci ilin payız sessiyası üçün iş planının layihəsi barədə.

Müzakirələrdən sonra gündəlikdə məsələlər parlamentin plenar iclasına tövsiyə olunub.

1