Elman Paşayevin vəkillik statusu ləğv edildi

ÖLKƏ
17:51 / 18.09.2020
796

Rusiyada ölümlə nəticələnən yol qəzasına görə mühakimə olunan aktyor Mixail Yefremovun vəkilliyini etmiş Elman Paşayevin vəkillik statusu ləğv edilib.

Şimali Osetiya Vəkillər Palatası Elman Paşayevi vəkil statusundan məhrum edib. Bu barədə Federal Vəkillər Palatası (FPA) RİA Novosti-yə bildirib.

"Vəkillər Kollegiyası Şurasının qərarı ilə Paşayev vəkil statusundan məhrum edilib",- deyə qurumun mətbuat xidməti bildirib.

Qeyd edək ki, azərbaycanlı vəkil Elman Paşayev bu ilin iyun ayında Moskvada ölümlə nəticələnən yol nəqliyyat hadisəsi törədən Mixail Yefremovun vəkili olub. Məhkəmə hökmü ilə Mixail Yefremov 8 il müddətinə azadlıqdan məhrum edilib.

14 sentyabrda sənətçinin vəkil Elman Paşayevlə iş birliyinin sonlandırıldığı bildirilib. Sənətçi 8 il həbs cəzası aldıqdan sonra müdafiəçi ilə işinə davam etmək istəmədiyini deyib.

0