Azərbaycanda uşaq həkimini şantaj etdilər

ÖLKƏ
11:31 / 20.05.2020
975
Biləsuvar rayonunda həkim şantaj olunub.
 
HİT.Az xəbər verir ki, Biləsuvarda fəaliyyət göstərən Cəbrayıl rayon Mərkəzi Xəstəxanasınin uşaq şöbəsinin həkimi, məcburi köçkün Eldar Məmmədov şantaj olunub.

O, şantaj olunması ilə bağlı prokurorluğa müraciət edib. Bildirib ki, Raqib Həsənov ona hədə-qorxu gəlib və 1850 manatını alıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsilə cinayət işi başlanıb.
0