“Tarqovaya”da çoxmərtəbəli binanın damı uçdu - VİDEO

ÖLKƏ
20:49 / 19.09.2020
950

Bakının “Tarqovaya” adlanan ərazisində 10 mərtəbəli binanın damının bir hissəsi dağılıb.

Bununla bağlı bina sakinləri Oxu.Az-a görüntülər və məlumat göndərib.

Bildirilib ki, damın bir hissəsinin uçması nəticəsində bir neçə mənzilə ziyan dəyib:

“Mərtəbələr arası döşəmə və örtüklər taxdadandır. İndi havanın rəhminə qalmışıq. Məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinə yazılı müraciət etmişik. Konkret cavab ala bilməmişik”.

Sakinlər qarşıdan payız mövsümünün gəldiyini və yağışların yağacağını, nəticədə digər mənzillərə də ziyan dəyəcəyini bildiriblər.

1
Oxu.az