Jurnalist olmaq istəyən 239 nəfər imtahana gəlmədi

ÖLKƏ
18:12 / 20.09.2020
936

Jurnalistika ixtisasına qəbul olmaq istəyən 962 abituriyent qabiliyyət imtahanında iştirak etmək hüququ qazanıb. Onlardan 239-u imtahana gəlməyib.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, imtahanda iştirak edən abituriyentlərdən 648 nəfər “məqbul” qiymət alıb.

Xatırladaq ki, Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün sentyabrın 11-də qabiliyyət imtahanı keçirilib. Sentyabrın 15-də imtahanların nəticələri açıqlanıb.

0