Bir neçə gündür Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi, polis polkovniki Kamran Əliyev "qadınlar “prava” imtahanına şortiklə girə bilər, kişilər isə yox!" fikirləri sosial şəbəkələrdə gündəm mövzusuna çevirilib.
"MediaPost"un məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin müşaviri Gündüz Babayevin K.Əliyevin fikirlərinə özünəməxsus cavab verib:
"Vallah, xəbərim yoxdur bu şort məsələsindən. Amma yadımdadır, Şüvəlanda mənə su vermədilər, nə var ki şortla gəlmişdim".
Xatırladaq ki, bloger Fərid Pərdəşünas şort geyindiyi üçün ötən həftə sürücülük vəsiqəsi imtahanına buraxılmayıb.