Azərbaycanda eyni hüquqi ünvanda dövlət qeydiyyatına alınmış “Tunex-56”, “Qrant-81 və “Xəzər-06” MMC-lər ləğv olunduğunu elan edib.
“MediaPost” bu barədə Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Məlumatda deyilir ki, kreditorlar tələblərini 2 ay ərzində Lənkəran şəhəri, Hənifə Abdullayev küçəsi, ev 2, mənzil 47 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, hər 3 şirkətin qanuni təmsilçisi Gövhər Hüseynovadır.