Payızda repetitorların qiymətləri artacaq? - AÇIQLAMA

ÖLKƏ
18:37 / 21.09.2020
752

Pandemiya dövründə fərdi tədris və repetitor xidmətlərinin qiymətlərində artımın olub-olmaması çox valideyn və şagirdi maraqlandıran suallarından biridir.

Pandemiya dövründə repetitorlarda qiymət artımı olacaqmı?

Bu barədə Sonxeber.az-ın suallarını təhsil üzrə ekspert Kamran Əsədov cavablandırıb.

Onun sözlərinə əsasən, repetitor fəaliyyəti pandemiya dövründə öz effektini verməyib, özünü doğrultmayıb, çünli əvvəllər auditoriyalarda və siniflərdə keçirilən dərslərlə onlayn qaydada keçirilən dərslərin effektivliyi eyni deyil:
"Amma bizə belə məlumatlar daxil olub ki, bir çox repetitorlar indi daha çox əziyyət çəkdiklərinə görə qiymət artımına yol veriblər. Amma bu, birmənalı şəkildə belə deyil.
Ümumiyyətlə, onlayn dərslərdə, istər repetitor, istər ali təhsil, istərsə də özəl liseylər səviyyəsində, heç bir halda qiymət artımına gedilməli deyil, əksinə, qiymətlər azaldılmalıdır.
Çünki onlayn dərslərdə xərclər ənənəvi dərslərlə müqayisədə daha azlıq təşkil edir.

Repetitorlar əvvəllər bir otağı və ya mərkəzi kirayə götürüb tədris fəaliyyəti ilə məşğul olurdular. Bu zaman elektirik enerjisi və digər sahələrə pul sərf olunurdusa, indi heç bir məkanı kirayə götürmədən bu dərsi keçə bilərlər. Pandemiya dövründə onlayn dərslərə görə süni qiymət artıranlar bu vəziyyətdən sui-istifadə edənlərdir. Pandemiya dövründə süni şəkildə qiymət artırmı yolverilməzdir və bu, yaxşı hal deyil.

Qarşıdan payız ayları gəlir. Düşünülür ki, bu aylarda virusa yoluxmalar çox olacaq. Belə olduğu halda repetitor qiymətində artım olacaqmı?

Birmənalı şəkildə deyə bilərəm ki, xeyr. Heç bir halda qiymət artımına getmək olmaz, bu yolverilməzdir".

0