Abbas Mustafayevin şərlənməsində Vüsal İsmayılovun "xidmətləri"- Şok detallar

ÖLKƏ
15:18 / 21.09.2020
5843

İnsanlar üçün dünyada ən şirin şeylərdən biri də vəzifədir.Vəzifə və hakimiyyət uğrunda mübarizənin nə demək olduğunu təhlil etməyə ehtiyyac yoxdur. Vəzifə və hakimiyyət uğrunda tarix boyu çəkişmələr, faciələr baş verib. Hətta, bu yolda oğul atasına qarşı, qardaş qardaşa qarşı mübarizə aparıb.

Deməli, cəmiyyətdə vəzifə və hakimiyyət uğrunda mübarizədə patoloji xüsusiyyətlər həmişə mövcud olub.

Bu patoloji xüsusiyyətlər məcmusunu özündə cəmləşdirən Ramiz Mehdiyev, Əli Həsənov, hakimiyyətdə və YAP-da təmsil olunan digər şəxslər uzun illər xalqımızın genefonduna ciddi zərbələr vurublar. Belə xəyanətkarlar iyrənc siyasətlərini həyata keçirmək üçün yuxarıda göstərilən patoloji xüsusiyyətləri özündə cəmləşdirən buqələmunların xidmətlərindən daima istifadə ediblər.

Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəldiyi 90-cı illərin ictimai-siyasi vəziyyəti haqqında uzun-uzadı danışmağa ehtiyac yoxdur. Həmin dövrlərdə Heydər Əliyevi müdafiə etmək, onun yaratdığı Yeni Azərbaycan Partiyasının yerli təşkilatlarını yaratmaq üçün böyük qətiyyət və qəhrəmanlıq tələb olunurdu.

Heydər Əliyev tərəfdarlarının söyülüb təhqir olunduğu, hətta ölümlə hədələndiyi vaxtlarda Abbas Mustafayev Binəqədi rayonunda YAP-ın Binəqədi Rayon Təşkilatını yaradaraq rəhbərlik funksiyasını öz üzərinə götürmüşdür.

İctimai-siyasi şəraitin gərgin olduğu dövrlərdə çoxları evlərində gizləndiyi zamanlarda Abbas Mustafayev ailəsini və həyatını riskə ataraq Heydər Əliyevin təbliğatçısına, tərəfdarına çevrilmişdi. Ona görə də, dahi şəxsiyyət Heydər Əliyev Abbas Mustafayevin fəaliyyətini yüksək qiymətləndirərək ona etibar edirdi. YAP-ın Binəqədi Rayon Təşkilatına rəhbərlik etdiyi dövrlərdə Abbas Mustafayevin mənəvi-əxlaqi dəyərləri təbliğ etməsi Heydər Əliyevə olan sadiqliyini əməli fəaliyyəti ilə sübut etməsi hakimiyyət strukturlarında və YAP-da təmsil olunan xəyanətkar şəbəkənin yuxularına haram qatmışdı. Nəyin bahasına olursa olsun Abbas Mustafayevi ləkələyib sıradan çıxarmaq və onun ictimai -siyasi fəaliyyətinin qarşısını almaq lazım idi. Bu zaman mənəvi və əxlaqi keyfiyyətləri ilə diqqəti cəlb edən Vüsal İsmayılov gündəmə gəlir. Bütün parametrləri ilə xəyanətkar şəbəkənin tələblərinə cavab verən bu şəxs Abbas Mustafayevə qarşı həyata keçirilən əxlaqsız və iyrənc, şərləmə kampaniyasında ön sıralarda yer alır.

Kimdir Vüsal İsmayılov?...

Şərur rayonu Çərçiboğan kəndində 1973-cü ildə dünyaya gələn Vüsal Qəşəm oğlu İsmayılov elə öz kəndində YAP-ın Şərur rayon təşkilatından rüşvət üstündə qovulur, fərari olduğu halda, haqqında Respublika Prokurorluğunda cinayət işi açılmasına baxmayaraq, onun Binəqədi rayon İcra Hakimiyyətinin siyasi partiyalarla iş şöbəsinin müdiri vəzifəsinə gətirirlər. Cinayət işinin nömrəsi 68531 və 06/9965 -dir. YAP -dakı himayədarlarının dəstəyi ilə V.İsmayılov Binəqədi Rayon Təşkilatına sədr müavini təyin olunur. Halbuki partiyada heç kim təyin olunmur, ancaq maraqlıdır, V.İsmayılov Bakıya gələndə heç bir pasport və partiya qeydiyyatı olmadığı halda həm vəzifəyə, həm də partiyaya soxulmuşdur.

Daha bir fakta müraciət edək.

Binəqədi rayonu Rəsulzadə qəsəbəsi İ.Hacıyev küçəsi ev112-də yaşayan İlham Süleymanov tərəfindən bütün dövlət qurumlarına ünvanlanmış şikayət ərizəsindən çıxarış:

"1999-cu ildə Fuad Hacızadə, Vüsal İsmayılov və Əliyar Fərzəliyev məni də Abbas Mustafayevlə üz-üzə qoya bildilər. Belə ki, biz restoranda o ki, var yeyib içmiş, sərxoş vəziyyətdə, mənim Xutor qəsəbəsində kirayənişim qaldığım evə gəlmişik. Bu ev pozğun qızlar məskəni idi. Burada biz o ki, var yeyib içmişik. Yanımızda dörd nəfər pozğun qız da olub. Kef və eyş-işrətdən başımız gicəllənib. Əyyaşlıqda ad çıxaran Əliyar Fərzəliyev mənə hədə-qorxu gələrək tələb etdi ki, necə olursa olsun, Abbas Mustafayevdən qisas alaraq, onu ləkələyim. Özümdən və uşaqlarımdan qorxdum. Razılaşıb, Əliyarın evdən öz "Mersedes"maşınında gətirdiyi iki maqazin avtomat patronunun Abbas Mustafayevə məxsusluğu barədə Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin adına şikayət yazdım, lakin ayılandan sonra hər şey mənə aydın oldu.

Mən ərizəmin dalınca polis idarəsinə getmədim. Onlar getməyi məndən dəfələrlə tələb etdilər. Mən isə qəti şəkildə getməyəcəyimi bildirdim. Onlar məni öldürəcəkləri və həbs etdirəcəkləri ilə hədələdilər. Mən isə sözümün üstündə durdum. Onlar işi belə görüb, evində kirayənişin qaldığım və psixi cəhətdən xəstə olan İlhamın vasitəsilə məndən qisas aldılar. Onların hər üçünün gözləri qarşısında İlham məni balta ilə başımdan vuraraq, ölümcül yaraladı. Onlar məni bədbəxt etdilər, bu gün başımın yarısı plastikdəndir. Atam da bu dərdə dözməyib, həyatdan vaxtsız getdi".

Fərari Vüsal Qəşəm oğlu İsmayılov himayədarlarına arxayın olaraq 26.10.2001-ci il tarixdə saat 16:00 radələrində öz iş otağında onun qəbuluna gələn Dadaşova Xuraman Heybət qızına tərəf qəflətən yaxınlaşıb, ona fiziki qüvvə tətbiq edərək əlləri ilə onun döş nahiyəsindən tutub sıxmış, qollarından tutub zorla özünə tərəf çəkmiş və saçlarından tutub dartmış, nəticədə qadının başı kənardakı küt əşyalara dəymiş və xəsarət almışdır.

Dadaşova Xuraman Heybət qızında aşkar edilən bədən xəsarətləri: başın ənsə nahiyyəsindəki hematoma (dərialtı qansızma), sol süd vəzisindəki qançır və çoxsaylı sıyrıqlar, sağ bazu nahiyyəsindəki qançır və əldəki sıyrıqlar küt əşyanın (əşyaların) təsirindən törənmişdir.

Dadaşova Xuraman Heybət qızının sağlamlığına vurulan zərər Məhkəmə-Tibb ekspert tərəfindən 27.10.2001-ci il tarixdə 16/P nömrəli Akt ilə sənədləşdirilərək rəy verilmişdir.

V.İsmayılovun ali təhsil alması ilə bağlı informasiyalar çox müəmmalıdır.

Mingəçevirdəki San-Marino universitetindən qovulduqdan sonra hansı yollarlasa, Azərbaycan Beynəlxalq Universitetində peyda olmuşdur. Bununla bağlı Təhsil nazirinin razılığı və sərəncamı olmayıb.

Mənbəmizin verdiyi məlumatlara görə, V.İsmayılovun müxalifət mətbuatı ilə daima əlaqələri mövcud olmuşdur.

Mərhum Abbas Mustafayevə qarşı aparılan şər-böhtan kampaniyasında müxalifət mətbuatındakı mənbələrdən ustalıqla istifadə olunub. "Azadlıq"qəzetinin 05.04.2000 -ci il tarixli sayında "Abbas Mustafayevon sürücüsünü baltalayıblar", "YAP-ın Abbad Mustafayev"adına qeyri-legitim rayon təşkilatı "sərlövhəli yazı ("Azadlıq qəzeti 17 fevraı 2001-ci il, "İntriqa yapanlar"sərlövhəsi yazı ("Azadlıq" qəzeti 16 fevral 2001-ci il) və sairə .

Məntiqi sual meydana çıxır. Belə əxlaqın və təfəkkürün sahibi olan V. İsmayılov illərdir ki, dövlət qulluğunda necə çalışır?

Bu qədər cinayətlərin qarşısında (yazdıqlarımız sadəcə, bizim bildiklərimizdir-RED.)İstənilən şəxs ya həbsxanada oturardı ya da hansısa icra hakimiyyətində mühafizəçi kimi çalışardı. V.İsmayılov isə uzun illərdir ki, Binəqədi Rayon İcra Hakimiyyətində müavin postuna qədər yüksələrək başçı olmaq eşqi ilə alışıb-yanır.Bir məqamı xüsusilə vurğulamaq istəyirik. Mərhum Abbas Mustafayev yaxın dostunun xahişi ilə V.İsmayılovu ailəsini Şərurdan Bakıya gətirib, ailə üçün mənzil kirayələyib. Müəyyən müddət ərzində ailənin dolanması üçün maddi yardımlar göstərib. Hətta, V.İsmayılovun maddi vəziyyətinin ağırlığını nəzərə alaraq əyninə paltar, ayağına ayaqqabı alıb. Bu nankor insan isə A.Mustafayevin aldığı ayaqqabıların tozu silinməmiş ona xəyanət yolunu seçib. Bu bir daha V.İsmayılovun hansı əqidənin və əxlaqın daşıyıcısı olduğuna əyani sübutdur.

Gələn yazılarımızda Binəqədi RİH -də çalışdığı dövrlərdə icra başçıları və digər vəzifəli şəxslər barəsində mətbuata ötürülən informasiyalardan, başqalarının adına sənədləşdirilən torpaq sahələrinin V.İsmayılova məxsusluğundan, Biləcəri qəsəbəsindəki obyektlərdən, Siyavuş Novruzovun adından necə sui-istifadə etdiyindən bəhs edəcəyik. Bizi izləyin .
Məqalədə adıçəkilən şəxslərin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

2