6 polis əməkdaşı koronavirusdan vəfat edib – RƏSMİ

20:40 / 21.09.2020
741

Azərbaycanda indiyədək 6 polis əməkdaşı koronavirusdan dünyasını dəyişib.

Bu barədə Cebhe.info-ya Daxili İşlər Nazirliyinin mətbuat katibi Ehsan Zahidov bildirib:

“Bildiyiniz kimi, xidmətdə olan zaman polis əməkdaşlarından koronavirusa yoluxanlar da olur. Təəssüflər olsun ki, indiyədək 6 polis əməkdaşımızı itirmişik. Hazırda koronavirusa yoluxub xəstəxanalarda müalicə olunanlar və sağalıb evə buraxılanlar da var. Lakin həmin polis əməkdaşlarının sayını deyə bilmərəm”.

 

0